Dünya
Rusiya “əsrin nəhəngini” Əsədə görə işə salır – FOTOLAR
Rusiya göyərtəsində təyyarə daşıyan “Amiral Kuznetsov” nəhəng hərbi gəmisini Aralıq dənizinə göndərəcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.
Nazirin sözlərinə görə, hazırda Rusiyanın Aralıq dənizində 6 hərbi və 4 köməkçi gəmiləri üzür.
Sergey Şoyqu deyib ki, Rusiya Aralıq dənizində hərbi gücünü artırmağı düşünür: “Bunun üçün də biz “Amiral Kuznetsov” gəmisini Aralıq dənizinə göndərəcəyik. Bu gəmi bizə Suriyada terrorçulara qarşı mübarizə üçün də yardım göstərəcək”
Qeyd edək ki, Qərb mediası Rusiyanın bu addımı Suriyada Bəşər Əsədi qorumaq üçün atdığını iddia edir.
Xatırladaq ki, keçmiş SSRİ-də nəhəng hərbin gəmi hesab olunan “Amiral Kuznetsov” 1991-ci ildə modernləşdirilərək Rusiya hərbi donanmasının arsenalına verilib. Hətta, SSRİ dövründə bu gəmi “əsrin nəhəngi” adlandırılıb.
Vasif Həsənli
-
İdman12:13
Ulduzlar yeni ili belə qarşıladılar - FOTOLAR
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO