MDB
Putinlə Tokayev arasında 4 saatlıq görüş: Nədən danışıblar?
Qazaxıstan Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiqdir.
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O , “Ana Tili” qəzetinə müsahibəsində bildirib ki, bu mövqeyi Astanada Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı açıqlayıb.
“Mən Vladimir Putinlə qeyri-rəsmi şəraitdə dörd saatlıq söhbət etdim. Bu cür ünsiyyət ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmlə bağlı qarşılıqlı anlaşmanı gücləndirməyə imkan verdi”, - Tokayev bildirib.
Bundan əlavə, o, Rusiya prezidentini Qazaxıstanın xüsusiyyətlərini və Mərkəzi Asiya regionunda ən böyük iqtisadiyyat kimi dövlətin əhəmiyyətini yaxşı başa düşən təcrübəli dövlət xadimi adlandırıb.
Tokayev daha əvvəl Putinin Qazaxıstana gəlişinin tarixi hadisə olduğunu bildirib. İki ölkə liderləri yeni qlobal nizamda strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat da imzalayıblar.
Tural
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır












.jpg)





.jpg)

.jpg)



















