Prezidentin yaxın adamı intihar etdi
Bizi izləyin

Dünya

Prezidentin yaxın adamı intihar etdi

Dünən Rusiya prezident administrasiyasının idarələrindən birinin rəhbəri olan Dmitri Kryukovun cəsədi ofisində tapılıb.

Publika.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfax”a bildirib.

“Dünən gecə Arbat küçəsində yerləşən inzibati binanın ofislərindən birində güllə yarası alan kişinin meyiti aşkar edilib”, - agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, polis onun Rusiya prezident administrasiyasının idarəsi olan “Prezident-Servis”in 45 yaşlı baş direktoru Dmitri Kryukov olduğunu bildirib.

Polis hadisə yerindən onun yazdığı qeydi tapıb. Dmitri Kryukovun intihar etdiyi məlum olub. O, ölümündə heç kəsin gunahlandırılmamasını istəyib. Onun intiharının səbəbləri haqqında hələ heç nə məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm