Dünya
“Soyuq müharibə” izi: Rusiyanın 8 peyki sıradan çıxdı
Rusiya peyk naviqasiya sisteminin (GLONASS) 8 peyki sıradan çıxıb.
Publika.Az - ın “İnterfaks” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Roskosmos” məlumat yayıb.
Bu, son iki həftə ərzində QLONASS sistemində ikinci genişmiqyaslı nasazlıqdır. SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan sistemdə kosmik aparatlar öz yeri barədə səhv məlumat verir, istehlakçılara səhv naviqasiya informasiyasısı ötürülüb. “Roskosmos”dan nasazlığın səbəbi olaraq, yeni idarə sistemi göstərilib. Qeyd olunub ki, yeni idarə sisteminə keçid baş verdiyindən nasazlıqların yaranması da təbii haldır. Aprelin 2-sində baş verən nasazlıq isə “insan amili” ilə əlaqələndirilib.
Qeyd edək ki, QLONASS ABŞ-ın peyk naviqasiya sistemi olan GPS-yə alternativ olaraq yaradılmışdı. QLONASS qlobal sistem statusunu ilk dəfə 2011-ci ilin dekabrında qazanıb. Sistemdə 24 peyk fəaliyyət göstərir.
Ekspertlər isə hesab edir ki, ABŞ-Rusiya kosmik əməkdaşlığının dayandırılması ilə eyni vaxtda QLONASS sistemində nasazlığın yaranması təsadüf sayıla bilməz. Amerika Kosmik Agentliyi (NASA) Rusiya tərəfi ilə əməkdaşlığı dayandırmaq haqqında qərar verib: “Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmaqda davam etməsi ilə əlaqədar ABŞ hökuməti NASA-nın Rusiya dövlət nümayəndələri ilə bütün əlaqələri dayandırmağa qərar verib”.
Qadağaya agentlik əməkdaşlarının Rusiyaya səfəri, Rusiya məmurlarının NASA obyektlərinə dəvət olunması, birgə telekonfransların keçirilməsi və elektron yazışmalar daxildir. Beynəlxalq kosmik stansiyada birgə işlər və üçüncü ölkələrdəki tədbirlərdə mümkün görüşlərin istisna təşkil etdiyi göstərilsə də, QLONASS sistemində yaranan nasazlıqda kənar səbəblər axtaranlar da kifayət qədərdir.
Ömər Dağlı
-
Dünya18:06
ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr yerləşdirdi
-
Hadisə17:13
Bakıda iaşə obyektində yanğın oldu
-
İqtisadi gündəm15:37
3 milyon azərbaycanlı borc içindədir: Bankların inanılmaz fırıldağı
-
Sosial15:12
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək: Yerində isə... - VİDEO
-
Elm və təhsil14:48
Azərbaycanda tələbələrə şad xəbər!
-
Dünya13:38
Bu müharibə iki nəhəng dövləti çökdürəcək - Qorxunc proqnoz
-
Sosial13:04
Naxçıvana yeni icra başçısı təyin edildi
-
Sosial12:42
Nazir İlahə Fərəcovanı direktor təyin etdi