Dünya
Krımlılara verilən müddət bu gün başa çatır: Ya Rusiya, ya da…
Ukrayna və ya Rusiya vətəndaşlığını seçmək üçün krımlılara verilən müddət bu gün başa çatır.
Publika.Az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, Rusiya pasportunu almaq üçün ərizə yazanlara avtomatik olaraq Rusiya vətəndaşlığı veriləcək.
Ukrayna vətəndaşlığını seçənlər isə sabahdan başlayaraq, əcnəbi hesab olunacaq. Onların Krımda qalması üçün isə sənədlərin rəsmiləşdirilməsi lazım gələcək.
Ukrayna ədliyyə naziri Pavel Petrenko krımlılara Rusiya vətəndaşlığının verilməsinin işğal güclərinin qərarı olduğunu deyib. “Ukrayna Ali Radası Krımın işğalı ilə bağlı qanun qəbul edib. Qanuna müvafiq olaraq yarımadanın bütün sakinləri Ukrayna vətəndaşı olaraq qalır”, - P.Petrenko vurğulayıb.
Onun sözlərinə görə, Krımdan köçmək istəməyən ukraynalıların köçürülməsi deportasiya hesab olunacaq və buna görə Rusiya rəhbərliyi cavab verəcək. Ədliyyə naziri belə bir vəziyyətlə qarşılaşan krımlıların Avropa Məhkəməsinə müraciət etmək hüququnun olduğunu bildirib.
Ömər Dağlı
-
Magazin221:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO
-
Sosial20:40
20 əsgəri ölümdən qurtaran SADİQ
-
Nəqliyyat19:10
Noyabrın 10-dan bu marşrutlar pulsuz olacaq
-
Dünya18:50
Türkiyədə güclü zəlzələ oldu
-
Magazin218:40
7 illik evliliyi bitirən səbəb: Ebru Şallının ərindən şok ittiham
-
Nida Xəbər 17:47
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
-
Nida Xəbər 16:39
Azərbaycan XİN-dən Fransaya çağırış