Dünya
İki ölkə nüvə müharibəsinin astanasında – VİDEO
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib.
Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily mail” nəşri bildirib.
“Əgər Hindistan müharibəni bizim boynumuza qoymağa cürət edərsə, biz onu məhv edəcəyik. Pakistan ordusu Hindistan tərəfindən ediləcək istənilən hücuma cavab verməyə tamamilə hazırdır”, - Pakistanın müdafiə naziri bildirib.
Onun bu bəyanatı Pakistan-Hindistan sərhədində baş verən son hadisədən sonra verilib. Pakistan Hindistan əsgərlərini ötən gün sərhəddə atəş açmaqda ittiham edib. Atəş nəticəsində mübahisəli Kəşmir regionunda iki Pakistan əsgəri həlak olub. Pakistanlılar Hindistana artilleriya atəşi ilə cavab veriblər.
İslamabad Hindistanı açıq təcavüzdə ittiham edib. Hindistan sərhəd zolağının 10 kilometr dərinliyində olan bütün əhalinin təxliyəsinə başlayıb.
İki nüvə ölkəsi yeni müharibənin astanasına gəldiyi barədə fikirlər səslənir. “Daily mail” nəşri qeyd edir ki, ölkələrin arasında yeni müharibənin başlana biləcəyi barədə qorxuları artır.
Ömər Dağlı
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur









.jpg)







.jpg)

















