Dünya
Özal bağlı qapılar arxasında Buşdan nə istəmişdi? – 26 ilin SİRRİ AÇILDI
1990-cı ildə Turgut Özal və ata Corc Buş Mosul və Kərküklə bağlı nə danışmışdı?
Publika.az xəbər verir ki, bağlı qapılar arxasında keçirilən görüşün detalları barədə “Yeni Şafak” qəzetinin yazarı Tamer Korkmaz yazıb. Həmin yazını təqdim edirik.
Turqut Özalın cavasız sualı
1990-cı il sentyabrın 25-də Səddam Hüseynin prezidenti olduğu İraqın Küveytə girməsindən 54 gün keçmişdi. Həmin dövrün Türkiyə prezidenti Turqut Özal Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüşə xarici işlər naziri Əli Bozeri aparmamışdı. Ona güvənmirdi.
Corc Buş Özaldan Səddama şimaldan təzyiq göstərilməsini, Yaxın Şərq və islam dünyasındakı ölkələri razı salmaq üçün ABŞ-a yardım etməsini, kürdlərin mühafizə altına alınmasını istəyirdi.
Turqut Özal ABŞ prezidentinin bu istəklərini dinlədikdən sonra Buşdan İraqda nə axtardıqlarını soruşub: “ABŞ-ın İraqa müdaxiləsi yalnız Səddamın iqtidardan endirilməsinə hesablanıb, yoxsa başqa niyyətlər var?”
Ata Corc Buş dəqiq bir cavab vermir.
Turqut Özal bildirir ki, İraqın işğalı Yaxın Şərqdəki vəziyyəti gərginləşdirəcək: “Bu vəziyyət bizə də, Yaxın Şərqdəki ölkələrə də çox böyük zərər verər”.
Mosul və Kərkük üçün tarixi tələb
Türkiyə prezidenti bundan dərhal sonra tarixi bir tələbdə çıxış edir: “Qarşıya çıxa biləcək bütün problemlərin aradan qaldırılması, Şimali İraqda kürdlərin təhlükəsizliyi, PKK terrorunun ləğvi üçün Kərkük və Mosula qədər olan bölgə türk əsgərinin nəzarətinə verilməlidir!”
Buş Özalın bu tələbi qarşısında çaşıb qalır, nə deyəcəyini bilmir. Yalnız “qərargahlarımla görüşüb sizə cavab verəcəyəm” deməklə kifayətlənir.
Özal isə çıxışını davam etdirir: “Sizin hansı niyyətlərlə İraqa girəcəyinizi bilməyimiz mümkün deyil. Ancaq Körfəz ölkələri və İraqdan böyük iqtisadi qazancınızın olacağı dəqiqdir. Türkiyənin isə bu bölgədə əsrlərdən gələn haqları var. Əgər bir əməliyyat olacaqsa və biz buna dəstək verəcəyiksə, o halda bütün zərərlərimizi kompensasiya etməyiniz lazımdır!”
Ata Buş isə Özala heç narahat olmamağı məsləhət görür: “Türkiyə İraq planımızdan maksimum ölçüdə qazanclı çıxacaq. Mənə güvənə bilərsiniz”.
Mosul və Kərkük üçün əməliyyat planı hazırlandı
ABŞ-dan qayıdan Özal Türkiyə ordusunun Kərkük və Mosula girməsini nəzərdə tutan əməliyyat planı üzərində işə başlayır. Həmin günlərdə ANAP-dan (Anavətən Partiyası) olan millət vəkili Göksel Kalaycıoğluna zəng edən prezident ondan Lozanna konfransındakı Mosul protokollarını gətirməsini xahiş edib.
Çankaya Köşkündə Turqut Özalla görüşən millət vəkili “Xeyir ola, Mosulamı giririk?” deyə soruşur. Prezident şəhadət barmağını dodağına apararaq çantasında Mosul protokolları ilə dayanan Göksel Kalaycıoğluna “Sus” deyir. Turqut Özal Mosul protokollarını hansı təşkilatdan istəsə, əlbəttə ki, ala bilərdi. Amma o, protokolları etibar etdiyi bir şəxsdən istəmişdi.
Mosul və Kərküklə əlaqədar işlərini tamamlayan Özal ilk zərbəni Milli Təhlükəsizlik Təşkilatının toplantısında aldı. Başda Baş Qərargah rəisi olmaqla dövlətin müəyyən təşkilatları Özalın planına qarşı çıxırlar. Qeyri-hökumət təşkilatları da plana qarşı çıxır. Prezidentə sanki müharibə elan edilmişdi.
Süleyman Dəmirəl bu əleyhdarlığın bayraqdarı idi. Ordu, ANAP və müxalifət partiyaları “Şimali İraqı 80 il əvvəl tərk etdik, artıq orada nə işimiz var?” deyirdilər.
1990-cı il dekabrın 3-də Turqut Özala qarşı çıxan Baş Qərargah başçısı Nəcib Torumtay istefa verir. Özalın istefaya cavabı isə “komandan masada deyil, döyüşdə olar” şəklində olur.
“Türkiyədəki Amerika” anlamına gələn “Üst Quruluş” Özalın Mosul və Kərkük planını boşa çıxarmışdı. Özala qarşı müqavimət ssenarisi isə Vaşinqtonda yazılmışdı. Ağ Ev Turqut Özalın Şimali İraq planına qarşı idi. Özalın səhvi isə Buşun sözlərinə güvənməsi idi.
Özal bu yoldakı mübarizəsini “həyatı” ilə ödədi: 1991-ci il yanvarın 17-dəki I Körfəz döyüşündən iki il üç ay sonra zəhərlənərək öldürüldü.
Ömər Dağlı
-
Magazin104:14
Damlanın ABŞ-a girişinə bir illik QADAĞA QOYULDU
-
Dünya03:43
Yaponiya şahzadəsi 101 yaşında vəfat etdi
-
Magazin202:42
Məşhur model alt paltarında pozalar verdi - FOTO
-
Əmlak01:41
Bu ərazidə torpaq BAHALAŞIR - Sotu 2 minə idi, 15 minə satılacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınızda kəskin dəyişikliklər olacaq
-
İdman14 Noyabr 23:24
Lukaşenkonun futbolçu karyerası belə bitibmiş - VİDEO
-
Avropa14 Noyabr 22:00
DƏHŞƏT: "TikTok"dan plastik cərrah tapan qızın klinikadan MEYİTİ ÇIXDI
-
Magazin114 Noyabr 21:12
Lalədən adının qumar oyununda hallanmasına REAKSİYA