Rumıniyada ağır yol-nəqliyyat hadisəsi baş verib
Bizi izləyin

Dünya

Rumıniyada ağır yol-nəqliyyat hadisəsi baş verib

Rumıniyanın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

Rumıniyanın cənubunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Buxarest-Konstansa trasında, Lexliu-Qare şəhəri yaxınlığında 20 avtomobil toqquşub. Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

Hadisə yerinə 20-dən çox təcili yardım maşını cəlb olunub. Tibb işçiləri xəsarət alan 30-dan çox şəxsə kömək göstəriblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm