Kiyevdə şəhər administrasiyasının binasında partlayış oldu
Bizi izləyin

Dünya

Kiyevdə şəhər administrasiyasının binasında partlayış oldu

Kiyevin mərkəzində yerləşən şəhər administrasiyasının binasında partlayış baş verib.

Kiyevin mərkəzində yerləşən şəhər administrasiyasının binasında partlayış baş verib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hazırda şəhər administrasiyasının ətrafı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Zərərçəkənlər haqqında informasiya hələlik yoxdur.

Daha əvvəl Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bildirmişdi ki, noyabrın 21 və 22-də şəhərdə yüksək terror təhlükəsi gözlənilir. Qeyd edək ki, bu gün Kiyevdə Maydan hadisələrinin başlanmasının üçüncü ildönümüdür.

2013-cü ildə baş nazir Nikolay Azarovun hökumətinin Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanın imzalanmasının dayandırılması elan ediləndən sonra avrointeqrasiya tərəfdarları Kiyevin əsas meydanını tutublar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm