Dünya
Uşaqlar Putinə coğrafiyadan imtahan verdi – VİDEO
Rusiya prezidenti Vladimir Putin Rusiya Coğrafi Cəmiyyətinin mükafatlandırma mərasimində iştirak edib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, tədbirdə dövlət başçısı ilə azyaşlı uşaq arasında maraqlı bir dialoq olub.
Tədbirin sonunda aparıcı Valdis Pelş coğrafiya sahəsində öz bilikləri ilə məşhur olan doqquzyaşlı Miroslav Oskirko və beşyaşlı Timofey Tsoyu səhnəyə dəvət edib. Putin balaca oğlandan Uaqaduqunun hansı ölkənin paytaxtı olduğunu soruşub. Uşaq düzgün cavab verib: “Burkina Faso”.
Miroslav da öz növbəsində Rusiya liderinə ölkələrin bütün sərhədləri və paytaxtlarını bildiyini deyib. Putin ondan Rusiya sərhədlərinin harada qurtardığını soruşub. Uşaq Berinq boğazını göstərib.
“Rusiyanın sərhədi heç yerdə qurtarmır!” - dövlət başçısı oğlana cavab verib.
Putinin uşaqlarla söhbəti videonun 52-ci dəqiqəsindən başlanır.
Ömər Dağlı
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ