20 min sərnişin aeroportda qaldı
Bizi izləyin

Dünya

20 min sərnişin aeroportda qaldı

Güclü dumana görə

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində çoxlu sayda aviareyslərin ləğvinə və gecikməsinə gətirib çıxaran güclü duman səbəbindən 20 mindən çox sərnişin Çendu şəhər aeroportunda qalıb.

Publika.az report.az-a istinadən bildirir ki, "Şuanlyu" Beynəlxalq Hava Limanında bazar günü günorta saatlarınadək 49 aviareys təxirə salınıb.

Aeroportun uçma-enmə zolağı 10 saatdan çox bağlı qalıb və Bakı vaxtı ilə 07:43 radələrində məhdud fəaliyyətə başlayıb. Şənbə günü isə burada 32 reys təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm