ABŞ-dan III Dünya müharibəsi PLANI: İranla birlikdə...
Bizi izləyin

Dünya

ABŞ-dan III Dünya müharibəsi PLANI: İranla birlikdə...

Vaşinqton “Haşdi Şabi”ni Suriyaya göndərir.

Moskvada dekabrın 20-də Türkiyə, Rusiya və İran arasında əldə olunan razılaşmaya daxil ola bilməyən ABŞ razılaşmaya İran üzərindən sızmaq istəyir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tehranın dəstəklədiyi “Haşdi Şabi” şiə qruplaşması ilə PYD-ni (PKK terror təşkilatının Suriya qolu) bir araya gətirən Vaşinqton “Haşdi Şabi”ni Suriyaya göndərir.

Suriyadakı gücünü hər gün artıran İran İraqda qurduğu rejimi Suriyada da qurmaq niyyətindədir. İraqda törətdiyi qətliamlarla gündəmə gələn “Haşdi Şabi”nin qarşıdakı günlərdə Suriyada əməliyyatlara başlayacağı İran mənbələri tərəfindən də dilə gətirilir. İddiaya görə, İran “Haşdi Şabi”ni bununla da beynəlxalq arenada legitimləşdirməyi planlaşdırır.

Suriyada dəyişən tarazlığı lehinə çevirmək istəyən ABŞ bundan başqa daha iki həmlə edir. Birincisi, Rakka əməliyyatında istifadə etdiyi PYD vasitəsilə xarici döyüşçülərdən ibarət batalyon qurur. İkincisi, İordaniya sərhədində təsirsiz olan Suriya müxalifətinin Yeni Suriya Ordusunu “İnqilabçı komandolar” adı ilə aktivləşdirir. Hər iki gücün ABŞ tərəfindən maliyyələşdiriləcəyi təxmin edilir.

Qeyd edək ki, həm İran, həm də ABŞ-ın əsas narahatlığının Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm