VİCDANSIZLIQ: 2 günlük körpəni şaxtada çölə atdılar
Bizi izləyin

Dünya

VİCDANSIZLIQ: 2 günlük körpəni şaxtada çölə atdılar

Səhər namazına gələn camaat ədyala bükülmüş körpənin səsini eşidib.

Balıkesirde məscidin həyətindən donmaq üzrə olan ikigünlük körpə tapılıb.

Publika.az xəbər verir ki, səhər namazına gələn camaat ədyala bükülmüş körpənin səsini eşidib.

Dərhal təcili yardım çağırılıb və körpə həkim nəzarətinə götürülüb. Müayinədən sonra oğlan uşağının iki günlük olduğu və səhhətinin normallaşdığı məlum olub. Uşaq xəstəxanada doğuşdan yeni çıxan başqa bir ana tərəfindən qidayla təmin olunub.

Uşağın ailəsinin tapılması istiqamətində axtarış başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm