Banka SİLAHLI BASQIN edən şəxs saxlanılıb (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Banka SİLAHLI BASQIN edən şəxs saxlanılıb (YENİLƏNİB)

İnsident zamanı binada yalnız bank əməkdaşları olub.

ABŞ-ın Taskalusa şəhərində banka hücum edərək 8 nəfəri girov götürən silahlı şəxs saxlanılıb.

APA-nın “Fox News” telekanalına istinadən verdiyi xəbərə görə, insident zamanı xəsarət alan olmayıb.

Bundan əvvəl bildirilmişdi ki, silahlı şəxs bankın açılmasına az qalmış (yerli vaxtla təxminən 08.30 radələrində) binaya daxil olub.

Məlumata görə, insident zamanı binada yalnız bank əməkdaşları olub.

***

ABŞ-ın Alabama ştatında Taskalusa şəhərində "Credit Union" bankında bir neçə nəfər naməlum şəxs tərəfindən girov götürülüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ilə bağlı yaxınlıqdakı universitet kampusu da bağlanıb.

Hazırda polis əməkdaşları silahlı şəxslə təmas qurmağa çalışırlar.

Məlumata görə, insident zamanı binada yalnız bank əməkdaşları olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm