• USD 1,7000 0,00% EUR 1,8952 -0,06%
    • GBP 2,1496 -0,53% RUB 0,0264 0,00%

“Ölmək daha yaxşıdır” - Özünü ailəsinə qurban verən şəxsin ŞOK ƏHVALATI – VİDEO

  • Dünya
  • 1 Fevral 2017 13:00
  • 1 070 Baxış
“Ölmək daha yaxşıdır” - Özünü ailəsinə qurban verən şəxsin ŞOK ƏHVALATI

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında meşəbəyi işləyən Zeynutdin Batmanov qəhrəmanlıq nümayiş etdirib.

Publika.az “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, o, ailəsini girovluqdan xilas etmək üçün özünü döyüşçülərə girov verib.

Amma terrorçularla əməkdaşlıqdan imtinaya görə, Zeynutdin Batmanov öldürülüb.

Meşəbəyinin qəhrəmanlıq davranışının tarixi Moskvada hokkey üzrə dünya çempionatı zamanı terror aktına hazırlıqda şübhəli bilinərək saxlanılan İsmayıl adlı dağıstanlının dindirilməsindən sonra məlum olub. O, ifadəsindən deyib ki, 2015-ci ilin yazında Kurax rayonunda “Əbu Yasir” ləqəbli terrorçu Həsən Abdulayevin dəstəsi ailəni girov götürür.

Onlar terrorçularla evə gedərkən rastlaşmışdılar. Terrorçular polislə atışma halında onlardan qalxan kimi istifadə etməyə hazırlaşaraq ata, ananı və 4 aylıq uşağı özləri ilə götürürlər. Maşın İkra kəndinin yaxınlığından keçəndə Zeynutdin Batmanov özünü onlara girov kimi təklif edir.

“Onları buraxın, məni götürün!. Mən ərazini yaxşı tanıyıram, sizə çıxmağa kömək edəcəyəm”, - deyə Batmanov xahiş edir.

Terrorçular razılaşırlar və ailəni buraxaraq, meşəbəyini özləri ilə götürürlər.

"Əbu-Yasir əvvəlcə meşəbəyi ilə dini mövzularda söhbət aparır. Ondan dua edib-etmədiyini soruşurdu. Daha sonra isə meşəbəyinə dəstəsinə qoşulmağı təklif edib. Batmanov təklifi qəbul etmir. Əbu-Yasir meşəbəyinin telefonunda yerli polis müdirinin nömrəsini tapır və onu 4-5 nəfərdən ibarət operativ qrup çağırmağı təklif edir. Deyir ki, ona zəng vur, de ki, cəsəd tapıb. Qoy bura gəlsinlər. Amma meşəbəyi satqın olmaqdansa, ölməyin daha yaxşı olduğunu bildirir. Bu sözlərdən sonra dəstənin başçısı “Sən ölümü seçdin” deyərək meşəbəyini öldürməyi əmr edir”, - deyə İsmayıl dindirilmə zamanı bildirib.

Batmanovu avtomatla güllələyirlər. Meşəbəyinin qatilləri cəzalarını 2016-cı ildə alırlar. Əbu Yasir və onun köməkçiləri xüsusi əməliyyat zamanı məhv edilir.

Ömər

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR