Məxfi döyüş planları oğurlandı: KƏŞFİYYAT HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Dünya

Məxfi döyüş planları oğurlandı: KƏŞFİYYAT HƏRƏKƏTƏ KEÇDİ

Məxfi döyüş planları yoxa çıxdı

Türkiyənin ticarət gəmilərinə mümkün müharibə zamanı tətbiq etmələri üçün verilən məxfi döyüş planları itib.

Publika.az
xəbər verir ki, Türkiyə Milli İstihbarat Təşkilatı döyüş planlarının üçüncü şəxslərin əlinə keçməsində narahatdır.

Məxfi döyüş planları ticarət gəmilərinə 1963-cü ildə Milli Təhlükəsizlik Şurasının qərarı ilə verilməyə başlanılıb. Buna səbəb Kipr münaqişəsinin başlanması idi. Türkiyə hökumətinin qərarı ilə ticarət gəmilərinin bu planları daşıması qərarı ləğv olunub.

Bundan sonra MİT və Hərbi Dəniz Qüvvələri ticarət gəmilərindən həmin planları toplanmağa başlayıb. Lakin bir neçə gəmidə məxfi döyüş planlarının yoxa çıxdığı məlum olub.

Bu məsələ Milli Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. MİT sənədlərin başqasının əlinə keçməsi ehtimalına qarşı hərəkətə keçiblər.

Məxfi döyüş planları 20-25 səhifəlik gizli sənədlərdən ibarətdir. Döyüş şəraitində kapitanlar bu sənədlərə uyğun olaraq təhlükəsizlik limanların tapılması, donanma ilə əlaqənin yaradılması kimi təlimatları həyata keçirirlər. Sənədlər “Gizlidir” möhürü ilə kapitanların şəxsən özünə verilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm