İddialar doğru imiş: "Tesla" təsdiqlədi
Bizi izləyin

Dünya

İddialar doğru imiş: "Tesla" təsdiqlədi

"Tesla" mayın 10-da Almaniyadakı fabrikini 4 gün müddətinə bağlayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, İlon Maska məxsus elektrik avtomobil istehsalçısı "Tesla" Almaniyadakı fabrikin 4 gün müddətinə bağlanacağına dair bir qəzetdə dərc olunan xəbərin ardından bir açıqlama yayımlayıb.

Berlin yaxınlığındakı "Gruenheide" obyektində istehsalın yalnız mayın 10-da dayandırılacağını açıqlayan "Tesla"nın fabrik müdiri Andre Thierig açıqlama verib. O bunun bir günlük planlaşdırılan istehsal fasiləsi olacağını deyib:

“Almaniyada cümə axşamı (bu gün) rəsmi bayramdır. Bu səbəbdən ümumilikdə 4 gün istehsal mümkün olmayacaq".

Qeyd edək ki, günün əvvəlində Almaniyada nəşr olunan “Handelsblatt” qəzeti "Tesla"nın genişlənmə planlarına etirazlar səbəbi ilə bu ölkədəki fabrikində istehsalı 4 gün müddətinə dayandıracağını yazmışdı.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm