"Taliban" silahlıları 52 mülki sakini oğurladı
Bizi izləyin

Dünya

"Taliban" silahlıları 52 mülki sakini oğurladı

Dövlət orqanları girovları təhlükəsiz geri qaytarmağa çalışır.

"Taliban" qruplaşmasının silahlıları Əfqanıstanın şimalındakı Cauzdan vilayətinin Dərzab rayonunda 52 mülki sakini oğurlayıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Reza Qafori bildirib.

Məlumata görə, "taliban"çıların silahlı qruplaşması kəndlilər, qocalar da daxil olmaqla, 52 sakini Dərzab yaxınlığındakı kənddə, günün ikinci yarısında oğurlayaraq naməlum istiqamətə aparıblar. Administrasiya rəsmisi hadisə ilə bağlı ətraflı məlumat verməyib.

Reza Qafori qeyd edib ki, dövlət orqanları girovları təhlükəsiz geri qaytarmağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm