Dünya
Etiraz aksiyasında 13 polisi yaraladılar
Fransanın Nant şəhərində "Milli cəbhə" lideri Marin Le Pen əleyhinə seçkiqabağı keçirilən etiraz aksiyaları zamanı baş vermiş iğtişaşlarda hüquq-mühafizə orqanlarının azı 13 əməkdaşı xəsarət alıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli polis şöbəsinin "Twitter" şəbəkəsindəki mikrobloqundakı səhifəsində məlumat verilib.
"Nant şəhərində "Milli cəbhə"yə qarşı nümayişlərin yekunu: 13 polis və jandarm yaralanıb", - deyə məlumatda deyilir.
Qeyd edək ki, ilkin məlumatda iğtişaşlarla əlaqadar 4 nəfərin saxlanıldığı bildirilirdi.
Üç mindən artıq insan iştirak etdiyi nümayişlərin əsas hissəsi dinc şəraitdə keçib. Lakin nümayişlərin sonuna yaxın bəzi iştirakçılar asayiş keşikçilərini əvvəlcə daşa basıblar, sonra isə onlara yandırıcı mayelərlə dolu butulkalar atıblar.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim