Qazaxıstanda yeni konstitusiya qəbul edildi
Bizi izləyin

Dünya

Qazaxıstanda yeni konstitusiya qəbul edildi

Əlavə və dəyişikliklər hakimiyyətin qanadları arasında səlahiyyətləri yenidən bölüşdürüb.

Qazaxıstan parlamentinin Məclis və Senatının (Aşağı və Yuxarı Palata) birgə iclasında ölkə konstitusiyasına əlavə və dəyişiklər edilməsi barədə qanun layihəsi qəbul olunub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, əlavə və dəyişikliklər hakimiyyətin qanadları arasında səlahiyyətləri yenidən bölüşdürüb.

Yeni Konstitusiya parlamentin rolunu artırır və Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir.

Xatırladaq ki, prezident Qazaxıstan Konstitusiyasına dəyişikliklər haqqında niyyətini 15 dekabr 2016-cı ildə elan edib. O, təşəbbüsü hakimiyyətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi ehtiyacı ilə əsaslandırıb. Düzəlişlər Konstitusiyanın 18 maddəsini əhatə edir.

Prezident idarəçiliyi isə dəyişməz qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm