• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Saakaşvili: “Poroşenko məndən qorxur və...”

  • Dünya
  • 5 Aprel 2017 15:37
  • 533 Baxış
Saakaşvili: “Poroşenko məndən qorxur və...”

“Ukrayna prezidenti məndən qorxur və məni komandasız qoymaq istəyir”.

Publika.az xəbər verir ki, bunu Mariya Qaydarım Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar müşaviri təyin edilməsini şərh edən Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili feysbuk səhifəsində yazıb.

Saakaşvili qeyd edib ki, onun informasiyasına görə, Qaydarın dövlət başçısının müşaviri postuna təyinatı üçün onu bir neçə aydır razı salmaq istəyirdilər.

“Mən bildiyim qədər, vəzifəyə təyinat üçün onu üç ay ərzində razı salmaq istəyirdilər. Paralel olaraq prezident Solomiya Bobrovskaya və bizim Odessa komandamızın digər üzvləri ilə fərdi görüşərək vəzifələr təklif edirdi. Bu ikisindən birini bildirir. Birincisi, Poroşenko yalan danışır. O, Odessada mənim effektsiz olduğumu deyirdi. Amma indi özü hesab edir ki, Odessada bizim əla komandamız var idi və bu komandanın nümayəndələrini tovlamaq istəyir. İkincisi, Poroşenko məndən çox qorxur və hesab edir ki, mən ona güclü zərər verə bilərəm. Bunun üçün də məni komandasız qoymağa çalışır”, - Saakaşvili yazıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Mariya Qaydarı özünün ştatdankənar müşaviri təyin edib. Bu barədə informasiya Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.

Mariya Qaydar rusiyalı məşhur siyasətçi Yeqor Qaydarın qızıdır. O, 2009-2011-ci illərdə Rusiyanın Kirov vilayətinin vitse-qubernatoru olub. Qaydar Ukraynaya 2015-ci ildə Mixail Saakaşvilinin dəvəti ilə gəlib. O, burada Odessa qubernatorunun müavini kimi çalışıb. Qaydar 2016-cı ildə Rusiya vətəndaşlığından rəsmən imtina edib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR