Tramp Obamanın amerikalılara verdiyi zərəri açıqladı
Bizi izləyin

Dünya

Tramp Obamanın amerikalılara verdiyi zərəri açıqladı

Obama dövründə 600 qanun qəbul edilib.

ABŞ prezidenti Donald Tramp administrasiyasının hesablamalarına görə, əvvəlki prezident Barak Obama dövründə qəbul edilmiş bir sıra qanunların ləğvi Amerika vergiödəyicilərinə 10 milyard dollar qənaət etməyə imkan verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında Ağ Evin nümayəndəsi bildirib.

“On bir fərman imzalanıb, hələ ikisi imzalanmanı gözləyir. İmzalanan fərmanlar Amerika vergiödəyicilərinə 10 milyard dollar qənaət etməyə imkan verib. Yaxın vaxtlarda Obamanın qanunlarının ləğvi prosesinin intensivləşməsini gözləmək olar”, - o deyib.

Ağ Evin nümayəndəsi həmçinin qeyd edib ki, Obama dövründə 600 qanun qəbul edilib və onlar vergi ödəyicilərinə 7 milyard dollara başa gəlib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm