• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Əhmədinejad Əli Xamneyiyə qarşı çıxdı

  • Dünya
  • 12 Aprel 2017 12:06
  • 581 Baxış
Əhmədinejad Əli Xamneyiyə qarşı çıxdı

İranda prezident postuna iddialı daha bir şəxsin adı məlum olub.

Publika.az "Fars" agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident Mahmud Əhmədinejad prezident seçkiləri üçün namizədliyini açıqlayıb.

Qeyd edək ki, İranın Ali lideri Ayətullah Əli Xamneyi daha əvvəl Əhmədinejadın prezidentliyə namizəd olmamasını istəmişdi. Ali lider bildirmişdi ki, Mahmud Əhmədinejadın namizədliyi İran cəmiyyətini parçalaya bilər. Hələ ötən ilin oktyabrında deyilirdi ki, keçmiş prezident Əli Xamneyinin məsləhətini nəzərə alıb.

Bir neçə gün əvvəl isə prezident seçkilərində mühafizəkarların namizədinin kimliyinə aydınlıq gəlib. Keçmiş baş prokuror İbrahim Rəisinin Seçkilərin Müşahidə Mərkəzindəki vəzifəsindən istefa verməsi ilə onun prezidentliyə namizədliyi qətiləşib.

İran Seçki Komissiyasının açıqlamasına görə, prezidentliyə namizəd kimi qeydiyyata alınmaq istəyən şəxslər 11-15 aprel tarixlərində müraciət etməlidir. Seçkilərə buraxılacaq namizədlərin adları aprelin 26-da açıqlanacaq. Seçkilər mayın 19-da keçiriləcək.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR