Jurnalist güllələnərək öldürüldü
Bizi izləyin

Dünya

Jurnalist güllələnərək öldürüldü

Faktla bağlı araşdırmaya başlanılıb.

Meksikanın Aşağı Cənubi Kaliforniya ştatında bir neçə internet xəbər portalı ilə əməkdaşlıq edən jurnalist Maksimino Palasios cümə günü canilərin hücumunun qurbanı olub.

Publika.az xəbər verir ki, o, regionun paytaxtı La-Pas şəhərində qətlə yetirilib.

Palasios hadisə baş verən zaman yoldaşı ilə maşında olub. Onlar hərəkətdə olan digər avtomobilin içərisindəki bir qrup şəxs tərəfindən avtomat silahdan atəşə tutulublar. Yaşlı jurnalist azı 15 güllə yarası alıb. Onun həyat yoldaşı zərər çəkməyib.

Faktla bağlı araşdırmaya başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm