“Fikirləş, vaxtın var” - Putinə 3 bəndlik PLAN VERİLDİ
Bizi izləyin

Dünya

“Fikirləş, vaxtın var” - Putinə 3 bəndlik PLAN VERİLDİ

Trampın planı hələ tamamlanmayıb.

ABŞ-ın dövlət katibi Reks Tillerson Moskvaya səfər zamanı (11-12 aprel) Rusiya prezidenti Vladimir Putinə Amerika lideri Donald Tramp tərəfindən hazırlanmış Suriya üzrə plana baxmağı təklif edib.

Publika.az xəbər verir ki, bu haqda Amerika məmurları arasındakı mənbələrə istinadən “Associated Press” (AP) agentliyi bildirib.

Agentliyin məlumatına görə, Trampın planı hələ tamamlanmayıb. ABŞ-ın dövlət katibi əsas prinsiplərin yer aldığı planın ilkin variantını Putinə göstərib.

Planda üç əsas bənd təsvir edilib: İŞİD terror qruplaşmasının məhvi, Suriyanın bütün regionlarında sabitliyin bərpa edilməsi və ölkədə keçid dövrünün təmin olunması. Keçid dövründə prezident Bəşər Əsədin postundan gedişi nəzərdə tutulub.

Trampın administrasiyasında bildirirlər ki, Suriyada münaqişənin nizama salınması üçün Rusiyanın iştirakı lazımdır. Agentlik qeyd edir ki, Tillerson təcili cavab tələb etməyib və Rusiya liderindən hər şeyi fikirləşməyi xahiş edib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə sözügedən informasiyanın həqiqətəuyğun olmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm