Dünya
MAR-da toqquşma - 300 ölü
Son iki həftədə Mərkəzi Afrika Respublikasında (MAR) xristian və müsəlman qruplaşmaları arasında baş vermiş toqquşmalarda 300 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters"ə respublikanın BMT-dəki nümayəndəsi bildirib.
Ölkənin şərqini bürümüş kütləvi zorakılıq vətəndaş müharibəsinin tüğyan etdiyi 2013-ci ilin səviyyəsinə yaxınlaşıb. Bu barədə isə BMT nümayəndələrinin, habelə MAR-ın milli barışıq və sosial siyasət naziri Vircini Baykuanın birgə bəyanatında bildirilib. Onların məlumatına əsasən, son münaqişə zamanı ölənlərin sayı təxminən 300 nəfərdir. Daha 100 min insan qarışıqlıqların əhatə etdiyi ərazilərdəki evlərini tərk edib.
Hakimiyyət orqanlarının məlumatına görə, üç gün ərzində - mayın 15-dən 18-dək Bria sakinlərin dörddə beş hissəsi (40 mindən çox) şəhəri tərk edib. Xristian və müsəlman qruplaşmaları arasında baş verən silahlı toqquşmalardan həmçinin ölkənin şərqindəki Banqasu və Alindao şəhərlərinin sakinləri zərər çəkib. (report)
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO