“Düşmənlərin boğazı kəsiləcək və…” - İŞİD səkkiz ölkəni hədələdi - SİYAHI
Bizi izləyin

Dünya

“Düşmənlərin boğazı kəsiləcək və…” - İŞİD səkkiz ölkəni hədələdi - SİYAHI

İŞİD terror qruplaşması təhdid xarakterli bəyanat yayıb.

İŞİD terror qruplaşması təhdid xarakterli bəyanat yayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, terror qruplaşması 8 ölkənı yeni terror aktları ilə hədələyib.

İngilis dilində yazılan müraciətdə müsəlmanlara kütləvi yerlərdən uzaq durmaq məsləhət görülür.

“Çünki xilafətin əsgərləri partladacaqlar və düşmənlərin boğazını kəsəcəklər”, - bəyanatda deyilir.

Müraciət səkkiz ölkə - Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliyada yaşayan müsəlmanlara ünvanlanıb.

Beynəlxalq terrorizmlə mübarizə üzrə Belçika eksperti Piter Van Ostayen hesab edir ki, bəyanat ciddi əsaslara malik ola bilər. Hazırda təhlükələrin analizi üzrə Belçika idarəsinin analitiklər bəyanatı araşdırmaqla məşğuldur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm