77 nəfərin qatili adını dəyişdi
Bizi izləyin

Dünya

77 nəfərin qatili adını dəyişdi

Bu yolla siyasi bəyanat verərək, müsəlmanların Norveçdə çoxalmalarına qarşı çıxıb.

Norveç terrorçusu Anders Breyvik adı və soyadı rəsmən əvəz edib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, 21 il azadlıqdan məhrum edilən terrorçu bundan sonra Fotolf Xansen adlandırılacaq.

Breyvikin vəkili Eysteyn Sturrvik bildirib ki, müdafiə etdiyi şəxsin bu addımının səbəbləri ona məlum deyil.

Qeyd edək ki, Anders Breyvik 2011-ci il iyulun 22-də Norveçdə dəhşətli terror aktı törədib. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb.

O bildirib ki, bu yolla siyasi bəyanat verərək, müsəlmanların Norveçdə çoxalmalarına qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm