Kabildəki partlayışın altından İŞİD-in adı çıxdı
Bizi izləyin

Dünya

Kabildəki partlayışın altından İŞİD-in adı çıxdı

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərindəki şiə məscidində baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Publika.az xəbər verir ki, Əfqanıstan paytaxtındakı Əz-Zəhra məscidində törədilmiş partlayış zamanı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb. "TOLO News" telekanalının xəbərində qeyd edilir ki, ölənlər arasında tanınmış biznesmen Ramazan Hüseynzadə də var.

Əfqanıstanın Daxili İşlər Nazirliyi (DİN) hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə xeyli sayda polis göndərilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm