Türkiyə sahillərində 76 miqrant saxlanıldı
Bizi izləyin

Dünya

Türkiyə sahillərində 76 miqrant saxlanıldı

Saxlanılanlar arasında həmçinin Gürcüstanın 3 vətəndaşı da olub.

Türkiyənin Sahil Mühafizəsi Egey dənizində keçirdiyi patrul xidməti zamanı Əfqanıstan, Pakistan və Somalidən olan 76 qaçqını saxlayıb.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, qaçqınlar Çatal adası yaxınlığında, "Sargona" yaxtasında aşkar ediliblər. Qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar.

Saxlanılanlar arasında həmçinin Gürcüstanın 3 vətəndaşı da olub. Onlar miqrantların Türkiyədən Yunanıstana qanunsuz daşınmasını təşkil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm