Dünya
Daha bir ölkənin ciyərləri yandı: 62 ölü - MATƏM ELAN OLUNDU - YENİLƏNDİ
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Publika.az xəbər verir ki, ölkədə 3 günlük matəm ealn olunub.
***
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.
İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.
***
Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər.
Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir:
"Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".
Bundan əvvəl meşə yanğınları zamanı 25 nəfərin öldüyü
açıqlanmışdı.
Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur
40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində
başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini
əhatə edib.
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü