Dünya
Telekanallarda cadügərlik qadağan olunur
Rusiya telekanallarında və internetdə yayımlanan magiya ilə bağlı proqramlara qadağa qoyula bilər.
Bununla əlaqədar hazırlanan qanun layihəsi artıq Rusiya Dumasına
təqdim olunub.
Qanun layihəsində həmçinin astroloji proqnozlar verən, fal, cadu,
ruh çağırmaq seansları və insanların ruhi sağlamlığına mənfi təsir
edən bu kimi proqramların gündüz saatlarında efirə verilməsinin və
reklamının qadağan olunması nəzərdə tutulur. Layihədə qeyd olunur
ki, bu cür verilişlər yalnız saat 23:00 və 04:00 saatları arasında
efirə verilə bilər.
Bununla bağlı qanun layihəsini hazırlayan ədalətli Rusiya
Partiyasından olan millət vəkili Mixail Serduk jurnalistlərə
açıqlamasında deyib ki, magiyanın reallıq olmağına hansısa etiraz
yoxdur: “Buna baxmayaraq hər hansısa fövqəladə gücü olmayan
adamların insanlara kömək etdiklərini iddia etməsi
fırıldaqçılıqdır”.
Qeyd edək ki, buna oxşar qanun layihəsi 2008 və 2010-cu illərdə də
Dövlət Dumasına müzakirəyə çıxarılsa da qəbul
olunmamışdı./AzVision.az
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO