Fransa prezidentindən Rusiyaya qarşı SƏRT BƏYANAT
Bizi izləyin

Dünya

Fransa prezidentindən Rusiyaya qarşı SƏRT BƏYANAT

Fransa Prezidenti İmmanuel Makron Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcəklərini açıqlayıb.

Publika.az xəbər verir ki, E.Makron bu haqda fikirlərini Petro Paraşenko ilə Eliz sarayındakı görüşündə səsləndirib.

E.Makron ölkəsi Fransanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın Rusiyaya heç bir halda verilməyəcəyini açıqlayıb.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynanın Rusiya tərəfindən işğal edilən hissəsində xidmət edən müşahidəçilərinin maneələrlə qarşı-qarşıya qaldığına işarə edən Makron 12 Fevral 2015-ci ildə imzalanan Minsk müqaviləsinin tarixinin uzadılmasını arzu etdiyini bildirib. Poroşenko isə öz növbəsində problemə həll yolu tapnmaq üçün Fransa, Almaniya, Ukrayna, Rusiyanın mütəmadi iştirak etdiyi dördlü görüşmələrinin növbəti toplantısını iyun-iyul ayları ərzində təşkil etməyi planlaşdırdığıını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm