İran S-300-lərin analoqunu yaradır
Bizi izləyin

Dünya

İran S-300-lərin analoqunu yaradır

İran 2018-2019-cu illərdə Rusiya S-300 zenit-raket kompleksinin analoqunu yaradacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Hatam al-Anbiya” hava hücumundan müdafiə bazasının komandanı Əmir Farzad İsmaili bildirib.

Onun sözlərinə görə, S-300 kompleksinin analoqu olan “Bavar-373” zenit-raket kompleksi 2018-2019-cu illərdə Hava Hücumundan Müdafiə Güclərinin arsenalına daxil ediləcək.

“Cari ilin sonuna kimi (İranda il 2018-ci ilin martında başa çatır - red.) “Bavar-73” kompleksinin sınaqlarını keçirəcəyik. Kompleks növbəti ildə (21 mart 2018-ci ildən - red.) ölkənin hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq”, - iranlı hərbi məmur deyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm