Dünya
Rusiya Ukraynaya iyunun 3-nə qədər vaxt verdi
“Qazprom” un rəhbəri Aleksey Miller Rəsmi Kiyevin iyunun 3-ü səhər saat 10.00-a qədər borcunu ödəmədiyi təqdirdə qazın verilişini kəsəcəklərini bəyan edib.
Publika.Az Rusiya mətbuatına istinadən bildirir ki, baş naziri Dmitri Medvedev də Millerin sözlərin qüvvət verib. O bildirib ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan 3, 2 miyard dollar kredit paketi götürüb.
Odur ki, borcunu ödəməyə pulu var. Xatırladaq ki, Ukraynanın “Qazproma” 3,5 milyard dollardan çox borcu olduğu irəli sürülür. Bu vəsait Rusiyanın Polşaya bir ildə tədarük etdiyi qazın qiymətinə bərabərdir.
Məlumat üçün onu da bildirək ki, cari ilin birinci rübündə “Naftoqaz”ın borcu 1,6 milyard dollar olub. Eyni zamanda Ukraynanın 2013-cü ildən də 637 milyon dollar borcu qalıb. Ölkənin təkcə may ayının 15 günü üçün qaza olan borcu 665 milyon dollardır.
Yeri gəlmişkən, “Qazprom”un statistikasına əsasən, 2013-cü ildə “Naftoqaz” 12,9 milyard kubmetr rus qazı tədarük edib. 2014-cü ilin 5 ayında Ukrayna ötən ilin həcminə bərabər mavi qaz alıb. Belə ki, yanvarda idxal 2,45 milyard kubmetr, fevralda 1,64 milyard kubmetr, martda 1,86 milyard kubmetr, apreldə 2,7 milyard kubmetr olub.
May ayının 12- günündə isə idxal 1,35 milyard kubmetr təşkil edib. Bu gedişlə “Naftoqaz” Rusiyadan may ayının sonuna 11 milyard kubmetr qaz alacaq. Qeyd edək ki, Ukraynanın ümumi qaz idxalı 20 milyard kubmetr, daxili tələbat isə 40 milyard kubmetr təşkil edir.
Leyla
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO