Dünya
Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR
Kanada dövləti artıq 4-cü dəfədir ki, Helmut Oberlanderi vətəndaşlıqdan məhrum edir.
Publika.az bildirir ki, 2-ci dünya müharibəsi dövründə nasistlərin yanında tərcüməçi işləyən 93 yaşlı Oberlander bu qərara qarşı da apelyasiya şikayəti verərək vuruşmaq istəyir. Üstəlik, əvvəlki 3 "döyüşdən" qalib çıxaraq vətəndaşlığını bərpa edə bilmişdi.
Bu adam Ontario əyalətinin Vaterloo şəhərində yaşayır. Müharibə zamanı o, “aynzatsqruppa 10a” adlanan bölümdə çalışıb. Ölüm eskadronu hesab olunan bu qrup SSRİ-nin işğal olunmuş ərazilərində dinc sakinlərə qarşı xüsusi amansızlıqları ilə yadda qalıb. Düzdür, məhkəmə onu hər hansı qətllərdə ittiham etmir - buna sübut yoxdur. Oberlander özü deyir ki, tərcüməçi olmağa onu zorla məcbur ediblər və o, heç vaxt nasistlərin ideologiyasını dəstəkləməyib.
O, 1924-ci ildə Ukraynada anadan olub. Deyir ki, 17 yaşı olanda onu zorla tərcüməçiliyə aparıblar. Kanada hökuməti vətəndaşlıqdan imtinanın səbəbini belə izah edir ki, o, 1960-cı ildə vətəndaşlıq alarkən tərcümeyi-halını dəyişərək, nasistlərə işlədiyini gizlədib.
Oberlanderi bundan əvvəl 2001, 2007 və 2012-ci illərdə vətəndaşlıqdan məhrum edbilər. Lakin o, vəkillərin köməyilə hər dəfə vətəndaşlığı bərpa edə bilib.
Zaur H.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim