Tanınmış güləşçi öldürüldü - Cəsədi kəndin yaxınlığından tapıldı
Bizi izləyin

Dünya

Tanınmış güləşçi öldürüldü - Cəsədi kəndin yaxınlığından tapıldı

O, dəfələrlə beynəlxalq yarışlarda mükafatlar qazanıb.

Rusiyanın tanınmış güləşçisi Yuri Vlasko öldürülüb.

Publika.az xəbər verir ki, 20 yaşlı idmançının cəsədi Baykal gölünün sahilində yerləşən Qoryaçinska kəndinin yaxınlığında tapılıb. Meyidin üzərində zorakılıq əlamətləri olub.

Polis hadisəylə bağlı araşdırmalara başlayıb.

Vlasko sərbəst güləş üzrə beynəlxalq dərəcəli idman ustası idi. O, dəfələrlə beynəlxalq yarışlarda mükafatlar qazanıb. Vlasko 96 kq çəki dərəcəsində güləşirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm