Mayk Pens: "ABŞ diktatoru qəbul etməyəcək"
Bizi izləyin

Dünya

Mayk Pens: "ABŞ diktatoru qəbul etməyəcək"

Venesuela və ABŞ arasındakı gərgin münasibət səngimək bilmir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, qarşı tərəf danışıqları qəbul edərsə, Venesuela böhranını danışıqlar yolu ilə həll oluna bilər.

Publika.az xəbər verir ki, ölkənin diktatura rejimində olduğunu bildirən M. Pens ABŞ-ın bunu qəti şəkildə qəbul etməyəcəyini, lakin buna baxmayaraq, məslənin sülh yolu ilə həllinə çalışdığını deyib.

Son olaraq onu da qeyd edib ki, danışıqların müsbət nəticələnməyəcəyi halda, tezliklə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm