• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!" - VİDEO

  • Dünya
  • 24 Avqust 2017 10:15
  • 860 Baxış
Kılıçdaroğlu: " Biz qarderob Atatürkçüsü deyilik!"

CHP lideri Kılıçdaroğlu evində süfrə arxasında mayka ilə oturub yemək yediyi fotosunu sosial şəbəkələrdə paylaşıb. Birmənalı qarşılanmayan fotoya tənqidi rəy bildirənlər sırasında Türkiyə prezidenti R.T.Ərdoğan da olub.

Publika.az xəbər verir ki, "NTV" kanalında Oğuz Hakseverin proqramına qonaq olan Kılışdaroğlu sosial şəbəkə istifadəçiləri ilə yanaşı, prezident Ərdoğanın da tənqidlərinə cavab verib: "Bu, Anadoluda yaşayan sadə bir ailənin fotosudur. Mən bu şərtlər altında böyümüşəm. Biz qarderob Atatürkçüsü deyilik"

CHP lideri onu da qeyd edib ki, ədalət yürüşü bir çox adamın əzbərini pozub: "Əvvəl inanmırdılar ki, kölgədə 40 dərəcə istidə mən bunu edərəm. Heç vaxt ara vermədim. Hər gün 3-4 köynək dəyişirdim. O fotoda tənqid olunacaq heç nə yoxdur. Mən xalqın içindən biriyəm. Onlar kimi yaşamaqdan da qürur duyuram"-, deyə fikrini tamamlayıb.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR