Almaniya soyqırıma görə üzr istəyəcək - - FOTO
Bizi izləyin

Dünya

Almaniya soyqırıma görə üzr istəyəcək - - FOTO

Soyqırım bir çox ölkələr tərəfindən tanınıb.

Almaniya Afrikada törətdiyi soyqırıma görə üzr istəyəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Berlin gerero və nama qəbilələrinə qarşı 100 il əvvəl törədilmiş soyqırıma görə Namibiyadan üzr istəməyi və təzminat ödəməyi qəbul edib.

Almaniya və Namibiya hökumətləri arasında aparılan danışıqların detalları hələ məlum deyil.

Namibiyada törədilən soyqırım tarixçilər tərəfindən XX əsrin ilk soyqırımı hesab edilir. Almanlar 1904-1907-ci illər arasında, 1908-ci ildə Alman birliyi yenidən qurulana qədər təxminən 100 min afrikalını öldürüb. Soyqırım bir çox ölkələr tərəfindən tanınıb.

Qeyd edək ki, müasir Namibiyanın ərazisi XX əsrin əvvəlində Almaniyanın protektoratı altında olub. 1904-1907-ci illərdə yerli gerero və nama tayfaları alman müstəmləkəçilərinə üsyan qaldırıb. Üsyan amansızlıqla yatırılıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm