8 cənazə üçün 400 İŞİD-çi azad edildi
Bizi izləyin

Dünya

8 cənazə üçün 400 İŞİD-çi azad edildi

Livan Suriyadakı qarşıdurmalarda ölən 8 əsgərinin cənazəsinin əvəzində yüzlərlə İŞİD üzvünü azad edib.

Publika.az xəbər verir ki, bu haqda “New York Times” nəşri yazıb.

Xəbərə görə, İŞİD-lə Livan və Suriya hökuməti arasında əldə olunan razılaşmaya əsasən, İŞİD döyüşçüləri və ailələri 17 avtobus və 11 təcili tibbi yardım maşını ilə Livanın şimalından Suriyanın şərqinə göndərilib.

Suriyada İŞİD-in nəzarətindəki bölgəyə keçməsinə icazə verilən döyüşçülərin sayı tam olaraq açıqlanmasa da, ən azı 250 döyüşçünün və ailələrindən 150 nəfərin azad edildiyi bildirilir. İlk olaraq yaralı İŞİD döyüşçülərinin göndərildiyi bildirilir.

Qeyd edək ki, Livan ordusu avqustun 19-dan etibarən İŞİD terror təşkilatına qarşı başladığı əməliyyatı başa çatdırıb. “Dağların şəfəqi” adlı hərbi əməliyyatlar çərçivəsində Livanın terrorçulardan tamamilə təmizlənib.

Ordu komandirinin mətbuata verdiyi məlumata görə, son İŞİD üzvü bölgəni dünən gecə saatlarında tərk edib və beləliklə, əməliyyat başa çatıb. Sərhəd təhlükəsizliyi bərpa edilib və keçid nöqtələrinə əsgərlər yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm