Dünya
Rusiya “bomba var” həyəcanı ilə çalxalanır - 130 min insan TƏXLİYƏ EDİLDİ
Bu gün Sankt-Peterburq şəhərində 12 ticarət mərkəzində
insanlar təxliyə edilib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir
ki, buna səbəb anonim zənglərin “bomba var” xəbərdarlığı olub.
Lakin hüquq-mühafizə orqanları təxliyə edilən obyektlərdə heç bir
bomba aşkarlamayıb.
Qeyd edək ki, Rusiyada 5 gündür anonim zəng dalğası davam edir.
Zənglərin ən pis vaxtı sentyabrın 12 və 13-də olub. Dünən təhlükə
Moskvaya da çatıb. Anonim zənglərdən sonra paytaxtda 50 obyektdən
40,2 min insan təxliyə edilib. Ümumilikdə anonim zənglərə görə
indiyə kimi bütün Rusiya ərazisində 420 obyektdən 130 mindən çox
insan təxliyə olunub. Lakin bütün xəbərlər əsassız çıxıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, bu zənglər həm
Rusiya daxilindən, həm də xaricdən edilir.
“Rusiya daxilində belə zəngləri İŞİD qruplaşmasına bağlı olan
şəxslər edir. Xaricdən gələn zənglərin haradan olduğu
müəyyənləşməyib, lakin Ukraynadan edildiyi ehtimallar var. Bu
şəxslər müəyyən ediləndən sonra beynəlxalq axtarışa veriləcək”, -
deyə mənbə vurğulayıb.
Asif
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək