Rusiya qələbənin vaxtını açıqladı
Bizi izləyin

Dünya

Rusiya qələbənin vaxtını açıqladı

Suriyada İŞİD terror qruplaşması üzərində qələbə ən yaxın aylarda təmin ediləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

Onun sözlərinə görə, Rusiya ümid edir ki, Suriya müxalifətində sağlam düşüncə qalib gələcək və mövcud problemlərin dinc yolla həllinin axtarışı üzrə mövqe tutacaq.

Rusiya Müdafiə Nazirliyinin sentyabrın 12-də açıqladığı məlumata görə, Suriya ərazisinin 85 faizi terrorçular və müxalifət döyüşçülərindən azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm