Dünya
Müharibənin başlanmasına Trampın iki zəngi mane olub – ŞOK İDDİA
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər ətrafında böhranın başlanğıc mərhələsində hərbi əməliyaytların başlanması imkanına baxırdı.
Publika.az xəbər verir ki, bu haqda vəziyyətlə tanış mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.
Mənbələrə görə, Ər-Riyad və Əbu-Dabi terrorizmə dəstək verməkdə və İranla yaxınlaşmaqda ittiham etdiyi Qətərdə hakimiyyətin dəyişdirilməsi variantına baxırdı. Lakin ABŞ prezidenti Donald Tramp müharibənin başlanmasının qarşısını alıb.
Bildirilir ki, Tramp Səudiyyə Ərəbistanı və BƏƏ-nin liderlərinə zəng edərək istənilən hərbi hərəkətlərin bütün Yaxın Şərq üzrə böhrana səbəb olacağı barədə onlara xəbərdarlıq edib. Qeyd olunub ki, yaranacaq vəziyyət yalnız İrana fayda verəcək.
Qeyd edək ki, iyunun əvvəlində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə diplomatik münasibətləri kəsib. Bu ölkələr Qətəri terrorizmə dəstək verməkdə, onların daxili işlərinə müdaxilədə və İranla yaxınlaşmada ittiham ediblər. Sonradan bir sıra ərəb ölkələr Qətərlə iqtisadi və diplomatik münasibətləri kəsdiklərini bəyan ediblər. Küveyt böhranın həllində vasitəçi kimi çıxış edir, ancaq indiyə qədər ölkələr arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək