Dünya
Kannda kişi ilə öpüşən iranlı aktrisa şallaqlanacaq
İranlı aktrisanın 67-ci Kann film festivalının sədrini öpməsi ölkəsində böyük reaksiya doğurub.
"Qızıl palma budağı" mükafatının 5 qadın üzvündən biri olan məşhur aktrisa Leyla Hatəminin açılış mərasimində festival sədrini öpməsi İran mədəniyyəti naziri tərəfindən sərt tənqid edilmişdi.
"Hizbullah tələbələri" adlı bir qrup İran prokurorluğuna şikayət edərək L.Hatəminin festival sədri 83 yaşlı Gilles Jakobu öpməsi ilə islami qanunları tapdaladığını bildiriblər.
Onlar aktrisanın etdiyi bu hərəkətə görə cəmiyyət qarşısında qamçılanması cəzasını tələb ediblər. Müraciətdə həmçinin cəmiyyət içində qadının xarici bir vətəndaşı öpməyinin islami cəza qanununa əsasən həbslə cəzalandırılması lazım olduğuna da toxunulub.
İrandan gələn reaksiyaları görən Jakob da açıqlamasında pis
niyətinin olmadığını, sadəcə salamladığını bildirib.
Qeyd edək ki, məşhur rejissor Əli Hatəminin qızı Leyla Hatəmi
2012-ci ildə "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar"
mükafatını qazanan "Ayrılıq" filmindəki rolu ilə tanınıb (ANS).
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI