"Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Bizi izləyin

İdman

"Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olub. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edib. Görüş Bundesliqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüş Fransada baş tutub. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunun müqavimətini qıra bilməyib - 1:1.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 9-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm