“Atatürkün yandırdığı ocağı mirasçısı sürdürəcək, amma...”
Bizi izləyin

Dünya

“Atatürkün yandırdığı ocağı mirasçısı sürdürəcək, amma...”

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ilə ata tərəfindən qohum olan Selin Söğütlügil millət vəkili olacağını elan edib.

Publika.az xəbər verir ki, o, Meral Akşenerin quracağı partiyadan namizədliyini irəli sürəcəyini bildirib.

47 yaşlı mirasçı Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olmaq istəmədiyini bildirib.

“Times” qəzeti Selin Söğütlügilin bu özəl açıqlamasını “Atatürkün yandırdığı ocağı parlamentdə sürdürmək istəyən mirasçı” başlığı ilə yayımlayıb.

Hazırda şair kimi fəaliyyət göstərən S.Söğütlügil Meral Akşenerin qurduğu partiyanın daha düşünülmüş olduğunu deyib:

“Türkiyə zəngin keçmişi və dolğun tarixi ilə dünyada önəmli yer tutur. Gələcək vəd edən gənc nüfuzu isə onun ən böyük qazancıdır. Biz fərd olaraq azad və demokratik bir ölkədə yaşamaq istəyirik”.

Qeyd edək ki, S.Söğütlügil M.K.Atatürkün əmisinin nəvəsi olan Xeyrəddin Oytun Söğütlügilin qızıdır. Hazırda isə Londonda yaşayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm