Dünya
40 “Kamaz”lıq silah yardımının qarşısı alındı
Ukraynada keçirilən prezident seçkilərindən sonra ölkənin şərqində döyüşlər daha şiddətli xarakter alıb.
Seçkilərin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra terrorçuların əlində olan Donetsk vilayətinin hava limanı Ukraynanın “Su-25” və “MİQ-29” hərbi təyyarələri tərəfindən bombalanıb. Bununla paralel olaraq Rusiyanın fəallığının da artdığı müşahidə edilir.
Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, dünən gecə içi silahlılarla dolu olan bir neçə yük və minik avtomobili, həmçinin mikroavtobus Rusiya-Ukrayna sərhədini keçməyə cəhd edib.
Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb. Sərhədi keçməyə cəhd edən bir mikroavtobus və iki minik avtomobili ələ keçirilib. Ukrayna dövlət Sərhəd Xidmətinin məlumatına görə, ələ keçirilən avtomobillərdən “Kalaşnikov” avtomatları, RPQ minatanları və partlayıcı maddələr götürülüb. Həmçinin, silahlıların bir hissəsinin Ukrayna sərhədini keçdiyi xəbər verilir.
Qeyd edək ki, Ukrayna sərhədlərinə yaxın ərazidə ölkənin ərazisinə keçmək üçün hazır vəziyyətdə dayanan rus silahlıların olması barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumatlı idi. Dövlət Sərhəd Xidmətinin dünən yaydığı məlumatda bildirilirdi ki, Rusiya ərazisinin 10 kilometrliyində Donetsk vilayəti vasitəsilə Ukraynaya keçmək istəyən 40-a “Kamaz” dayanıb. Onların bir hissəsinin Luqansk vilayəti ərazisinə keçdiyi ehtimal edilir.
Eyni məlumat “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk tərəfindən də təsdiqlənmişdi. O, “facebook” səhifəsində yazmışdı ki, Rusiyadan Ukrayna sərhədinə doğru içində döyüşçülərin olduğu təxminən 40 yük maşını hərəkət edir.
Ömər Dağlı
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi