Dünya
Erməni əsgərlər donmamaq üçün “araq” içir – Zabir Danielyanın ŞOK MƏRUZƏSİ
Ermənistan ordusunun zabiti, komandir müavini Sulik
Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki
vəziyyətlə bağlı məruzə hazırlayıb.
Publika.az Ermənistan mənbələrinə istinadən xəbər verir
ki, ictimai-siyasi işlər üzrə müavin vəzifəsində xidmət edən Sulik
Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb. Lakin o,
hazırladığı məruzəyə görə özünü bəlaya salıb.
Onun hazırladığı məruzədə deyilir: “Şəxsi heyət qış mövsümünə zəif
hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim
ləvazimatları çatışmır. Ona görə də şəxsi heyət arasında kütləvi
xəstəlik, əsasən də “pnevmoniya” yayılmaqdadır. Hərbi kontingent
soyuqdan donmamaq və qızınmaq məqsədi ilə spirtli içkilərdən
istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə
və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb
olur”.
İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə
bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər
tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən
sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit
ordudan tərxis olmaq üçün yollar axtarır.
Asif
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?
-
İdman3 İyun 21:45
Məşhur futbolçuya gözyaşardıcı qazla hücum: 260 min avroluq saatını oğurladılar
-
Magazin13 İyun 21:35
Faiq Ağayev etiraf etdi: kimlərin ifasını “YouTube”dan sildirib? - VİDEO