Avropa
Makrondan sözünün üstündə durması tələb edildi
Yeni Kaledoniyanın Kanak və sosialist milli azadlıq cəbhəsi (FLNKS) partiyası Fransa dövləti tərəfindən vasitəçilik və iş missiyası həvalə edilmiş 3 yüksək vəzifəli məmura məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, FLNKS məktubda səfərbər olan aktivistlərlə çox sayda görüşlər və əsas yollarda nəzarəti zəiflətmək çağırışlarına dair danışıqlar aparılmasına baxmayaraq, hələ də yerlərdə çətinliklər olduğunu qeyd edib.
Müstəqillik tərəfdarlarının fikrincə, Emmanuel Makron mayın 23-də Yeni Kaledoniyaya səfəri zamanı verdiyi açıqlamalarda kifayət qədər aydın fikir səsləndirməyib. Məktubda E.Makron seçki korpusu ilə bağlı dəyişiklik olmayacağına söz versə də, mətnin qəti şəkildə geri götürülməsinə dair heç bir təminat verilməməsindən narazılıq bildirilib. FLNKS fəalların sakitləşməsi üçün təminatın verilməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb.
Məktubda millətçi partiyalar və CCAt partiyası ilə birlikdə FLNKS Fransa prezidentindən Versal Konqresinin çağırılmayacağı və seçici korpusu ilə bağlı Konstitusiya islahatından imtina ediləcəyi ilə əlaqədar fikrini aydın ifadə etməsini tələb edir.
FLNKS bunun sülhü bərpa etməyin və Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı müzakirələri bərpa etməyin yeganə yolu olduğunu xatırladıb.
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
-
Rəsmi xronika14:35
İlham Əliyev sərəncam imzaladı
-
Rəsmi xronika14:05
İlham Əliyev bu əsasnaməni təsdiqlədi
-
Dünya13:30
Ərdoğan ürəyini jurnalistlərə açdı: ABŞ-dan bunu gözləyir
-
Yaxın Şərq13:08
"Hizbullah"da "yarpaq tökümü": Nəsrullah da sıradan çıxarıldı - Rəsmi
-
Sosial12:15
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI